Yeni il ərəfəsində evlərin bəzədilməsi vacib məqamlardandır. Nə qədər də maraqlı görünsə də əslində evlərin bəzədilməsi bir o qədər çətin və stressli prosesdir. Evlərin bəzədilməsində maraqlı, həyəcanlı və yeni ideyalar axtarısınızsa yazıda ərtaflı tanış ola bilərsiniz. Yeni il dekor ideyaları haqqında geniş araşdırma ilə tanış ola bilərsiniz.
Göbələk bəzəkləri, ‘şou ağacları’ və daş-qaş tonları bu ilin ən böyük Milad bəzək trendl’ri arasındadır.
2023 Yeni il parlaq mirvari rəngləri dəbdə olacaq
Rənglərin və parlaqlığın nümayişi üçün yeni ildən gözəl vaxt ola bilməz. Digər illərə nisbətən bu il yeni il daha çox rəngarəngliyi ilə fərqlənəcək. Elə bu səbəbdən İnstagramda #ColourfulChristmas (Rəngarəng yeni il ) həştaqı ilə 21.000 dən çox post paylaşılıb. Evi bəzəyərkən çalışın rənarənglikdən istifadə etməkdən çəkinməyin. Bu il parlaq bir atmosfer yaratmağa hazır olun, lakin bunu parlaq ziynət əşyalarının tonları ilə edin.
Yeni il yolkalari
Yeni il yolkalari necə olmalıdır və fərqləri var ?
Şam ağacını və ya yolkanı bəzəmək üçün bir çox fərqli ideya var. Adət etdiyimiz çoxlu bəzəkli yolkalarınəvəzinə fərqli bir neçə formada yolka bəzəmək olar.İstəyə uyğun olaraq əvvəlki formalarda da yolka ağacını bəzəyə bilərsiniz.
Minimalist Yolka:
Ağacı bəzəyən zaman minimum səy göstərərək böyük bir izah verə bilərsiniz gördüyünüz iş haqqında.Yolkanın gözəlliyini çox az və ya heç bəzəmədən də bəyan etmək izah vermək olar.Bunun üçün seyrək və sadə görüntülü ağac seçərək şam formasında led işıqlardan istifadə edə bilərsiniz.
Skandinaviya əzəməti:
Gümüş, ağ və qırmızı sadə, lakin heyrətamiz birləşmə ilə Şimali Avropa qışının gözəlliyini vurğulayın. Unikal bir toxunuş üçün, Milad ağacınızı taclamaq üçün qırmızı giləmeyvə buketi ağacı bəzəyindən istifadə edin.
Tək rəngli yolka :
Gümüş və ya şampan çalarları ilə yolkanı bəzəyə bilərsiniz.
İlin Rəngi
Trenddə olan rəglərlə ağacınızı daha yaxşı bəzəyə bilərsiniz.
Böyük ölçülü bəzəklər
Həm evin içinndə həm də evin çölündə böyük ölçülü bəzək əşyalarından istifadə edə bilərsiniz. Fərqli forma və yerlərdə bəzəklərlə oynayaraq yaxşı görünəcək görüntü əldə edə bilərsiniz. Dokor edərkən bəzək əşyaları pəncərə və güzgülərdə istifadə edin. Bəzək əşyalarınız kağızdan ola bilər.Böyük ulduz formasında əzək isə yeni il bəzəkləri arasında ən çox istifadə olunanlardandır.
Göbələk formalı yeni ilə dekorları
Qeyri adi bəzək əşyaları keçən illə müqayisədə 43 faiz artaraq, çox alınan əşyalar arasındadır. Ağaca set olaraq alınan əçyalar əvəzinə daha çox fərdi əşyalara üstünlük verirlir artıq. Bunalar arasında göbələk və musiqi (Disco ball/disko topları) topları da dəbdədir.
Yeni il dekorlarını evin çölündə də istifadə edin
Bütün bəzəklərinizi evin içində istifadə etməyin! Eyvan da qonaq otağı kimi vacibdir, ona görə də əlavə çələng və ya bəzəkləriniz varsa, onları açıq yerlərdə qapı və eyvanda istifadə edin.
Uşaqlara uyğun əyləncəli yerlər hazırlayın
Əgər həyətinizdə oynamaq üçün yer varsa, o yeri də bəzəməyi unutmayın! Uşaqlar üçün bu yeri bəzəmək daha maraqlı edə bilərsiniz.Qırmızı rənglər , çələnglər həyəti bəzəmək üçün uyğun bəzəklərdir.
Əşyalarda dəyişiklik edin
İl ərzində istifadə etdiyiniz yeni ilə aid olmayan bəzi əşyalarınızı yeni il əşyaları ilə dəyişdirə bilərsiniz.Mətbəxinizdə dəsmalları və boşqabları yeni il dəsmalı və boşqabları ilə əvəzləyə bilərsiniz.Yeni il şamları da əlavə etmək olar.
Yolka Altlıqlarını isə saxsı gül qabı ilə dəyişə bilərsiniz.Həmçinin divardan tablo da asıla bilər.
İşıqlarla bəzəyin
İşıqlar evin bəzədilməsində mükəmməl bir detaldır.İşıqların yeni il gözəlliyi üçün eləyə bilmədiyi şey yoxdur.Çalışın sadə işıqlandırma ilə evi bəzəyəsiniz.
hər il dəyişən trendləri izləmək çətin və maddi baxımdan bahalı olsa da çalışın balaca toxunuşla yeni ildə evi fərqli bəzəyin.