Studiya Mənzilləri: Məhdud Məkan, Praktiki Yaşayış
Böyük şəhərlərdə əhalinin artımı və mənzil tələbləri studiya mənzillərini populyar edir. Bu mənzillər yaşayış yerlərindən ən effektli istifadə etməyi hədəfləyən və əsas ehtiyacları tək bir sahədə birləşdirən praktiki yaşayış növüdür.
Studiya mənzilləri tək yaşayanlar, yeni ailə qurmuş kiçik ailələr və ya tələbələr üçün idealdır. İstirahət, yemək, yatmaq, təmizlik kimi ehtiyacların tək yerdə qarşılandığı bu mənzillər funksionallığı və sərfəli mənzil seçimlərini özündə birləşdirir.
Studio mənzillərin tipləri
Studio mənzillərin iki formada olur. Birinci tip studio mənzillər bir ümumi otaqdan ibarətdir və qonaq otağı və mətbəx birlikdə dizayn edilir. Bu tipli studio mənzillərdə yalnız hamam və tualet ayrı olur. Mətbəx salonda olur və istəyə əsasən şüşə arakəsmələrlə ayrılır. Salon həm oturmaq üçün həm də işləmək üçün dizayn edilir. Yataq otağı da zalda yerləşir amma divanla yataq arasında keçid olur. Studio mənzillərin dizaynı haqqında ətraflı yazı.
İkinci tip studio mənzillər mətbəx və salondan ibarətdir. Əlavə olaraq ayrı bir yataq otağı olur. Adətən bu tip mənzillər 30 və 90 kv/metr yeri əhatə edir.
Studio Mənzillərin üstünlükləri nələrdir?
- -Studio mənzillər həm evi kirayə verənlərə, həm də kirayəçilər üçün əlverişlidir.
- -Digər mənzillərə nisbətən daha tez satılır və ya kirayə verilir.
- -İstilik, işıq, və su kimi digər aylıq xərclər az olur
- -Qonaq otağı, mətbəx və otaqlar birləşdirildiyi üçün divarları və qapılar olmadığı üçün çoxlu boş yer qalır.
- -Studiya mənzilinin dekorasiyasını dizayn etmək daha asandır.
- -Balaca olduğu üçün təmizləmək asandır.
Studiya mənzillərinin mənfiləri nələrdir?
- -Mebel və şkaf yeri məhduddur.
- -Balaca quruluşuna görə ailə üçün ideal deyil.
- -Mətbəxdə bişirilən yeməyin qoxusu studiya mənzilinin bütünyerlərinə yayıla bilir.
- -Qonaqları qəbul etmək və yer açmaqda çətinliklər ola bilər.
Tez-tez verilən suallar
FAQ 1: Studiya mənzilləri təzə evlənənlər üçün uyğundurmu?
Yerdən səmərəli istifadə baxımından , evi istədiyiniz dekor və dizayn etmə baxımında sərbəstlik verən studio mənzillər gənc ailələr üçün çox uyğundur.
FAQ 2: Studio mənzilləri evdən işləyənlər üçün dizayn etmək uyğundurmu?
Rahat bir masa ilə sizə uyğun olan iş mühiti yarada bilərsiniz.Studio evlərinin yığcam və pratik olmağı sizə bu imkanı yaradır. Çalışın sizə uyğun dekor və dizaynı seçib studio evdə yaradasınız.
FAQ 3: Tez-tez verilən suallar 3: Studiya mənzilləri ev heyvanlarına uyğundurmu?
Əksər studio mənzillər evcil heyvan yönümlüdür. Ancaq bəzən istisnalar ola bilər və bu da əlavə xərclər yarada bilər.
Studiya mənzilləri yığcam və çox yönlüdür. Nəticədə, məkan seçimi, həyat tərzi baxımından nəyə üstünlük verdiyinizdən asılıdır.Buna görə də mənzilinizi öz istəyinizə görə dizayn edə bilərsiniz.Çalışın bu işləri görən zaman zövq ala biləsiniz və özünüzə özəl bir ev yaradasınız.