2024 cü ildə mətbəxi yeniləmək istəyənlər üçün bu yazı kömək ola bilər. Əvvəlki illərə nəzərən artıq mətbəx mebelləri daha çox insan yönlüdür. Buna görə insanların mətbəxdə daha çox vaxt keçirməsi üçün dizayn edilir.
Dəbdə olacaq mətbəxlər yemək hazırlamaq üçün fikirləşilib. İndi isə bizi 2024 cü ilin mətbəx mebellərində nələrin gözləyəcəyinə baxaq.
Mətbəx mebelləri: İsti rənglər və rəngarənglik
Açıq rənglər artıq əvvəlki qədər dəbdə deyil. Dizaynerlər isti, doymuş tonların və neytral rənglərin güclü kontrastını yaradaraq mətbəxləri yenidən formalaşdırırlar. Mavi, yaşıl, qəhvəyi, duman mavisi, qırmızı və bənövşəyi rənglər mətbəxdə qonaqpərvər atmosfer yaradır.
Açıq və ya tünd rəngli ağacları düzgün rənglərlə birləşdirmək də trendlərin sırasındadır. İstilik və dərinlik hissi yaradan rənglərin və ləkələnmiş ağacların uğurlu birləşməsi dizaynın vacib hissələrindəndir.
Bəzəkli İşıqlandırma
Sadə mətbəxlərə tələbat azalır və gözə çarpan mətbəx mebelləri geri qayıdır. Xüsusilə böyük ölçülü işıqlandırma qurğularının və iri hissələri olan mətbəx əşyalarının parçaların 2024-cü ildə üstünlük təşkil edəcəyi gözlənilir. Mətbəxlərə zəriflik və gözəl görüntü verməyin bir başqa yolu da göz oxşayan işıqlandırma elementləridir.Bunalra misal olaraq tavanda gizlədilən işıqların əvəzinə asılma böyük işıqları göstərmək olar.
Smart mətbəx mebelləri
Texnologiyanın inkişafı ilə birlikdə mətbəxdə ağıllı cihazların, səs sistemlərinin və digər cihazların və.s inteqrasiyasını görməyi gözləyirik. Smart soyuducular, avtomatik işıqlandırma sistemləri və səslə işə salınan cihazlar da bunlara misaldır və bunların istifadəsi artıq elə də çətin deyil. Mətbəx alətlərinizi bir səslə idarə etmək ve ya ərzaqların siyahısını ağıllı bir soyuducu ilə yaratmaq həyatınızı daha rahat hala gətirəcək.
Mebelləri arasında şüşə, barmaqla işə salınan sobalar son zamanda istifadəsi artan əşyalardandır.
Mətbəx mebeli: Əşyaların düzgün yığılması
“Butler’s Pantries” adı verilən yemək servisini və mətbəxdə işləri asanlaşdırmaq üçün tez-tez istifadə olunan əşyaları saxlaq üçün yerdir. Bu tip yerlər adətən böyük mətbəxlərdə funkiyanallıq və rahatlıq verən xüsusi yerlərdir. Yemək qabları, şüşə qablar, xüsusi mətbəx avadanlıqları və ərzaq ehtiyatlarını saxlamaq üçün istifadə olunur.
Son zamanlarda təmir zamanı müştərilərin çox hissəsi əşyaları yığa biləcəyi böyük ağıllı mətbəx mebelləri istəyirlər.İstəklərə uyğun olaraq artıq mebellərdə daha çox çəkməcələr istifadə edilir.
Balaca Hamam Dizaynı: Praktiki həllər
Təbii ağacdan hazırlanmış mətbəx mebəlləri
Son vaxtlar ev sahibləri sadə ağ mətbəx dizaynlarından uzaqlaşır və daha isti rəng palitrası və təbii ağac materialları olan şkaflara üstünlük verirlər. Təbii ağacdan hazırlanmış şkaflar mətbəxə stilik və təbiilik qatmaqla yanaşı, estetik cazibə də verir.
Ağacın unikal teksturası və təbiiliyi məkana isti atmosfer bəxş edir. Bu trend mətbəx dizaynında təbiiliyi və dözümlü materialları vurğulayır. Ev sahibləri mətbəxlərinə daha orqanik və isti hisslər əlavə etmək üçün təbii ağacdan şkaflar seçərək müasir və dəbli görünüş əldə edə bilərlər.
Təbiət yönümlü tonlar mətbəx mebəlləri üçün idealdır
Mətbəx dizaynında mavinin sakitləşdirici təsiri ilə yanaşı yaşıl rəng də diqqəti cəlb edir. Dizayn sənayesinə təbiət rənglərinə və isti və təbii tonlara tələbat artır.
Təbii mavi tonlar mətbəx dizaynında da populyarlığı artıb. Mavi rəng sakitləşdirici təsir yaradır. Göydən ilham alan tonlar və ya daha dərin akva tonları dekorativ materiallarda və ev əşyalarında daha qabarıq görünür. Gələn il mətbəxlərdə bu rəngləri tez-tez görə bilərik.