Son zamanlarda böyük şəhərlədə çox istifadə edilən studio mənzillər bir otaqlı olub istifadə üçün çox əlverişli sayılır. Adətən bir otaqdan ibarət olur. Aralarında divar olmadığından yataq otağı , mətbəx , qonaq otağı bir yerdə olur. Studio mənzilin nə olduğu müsbət və mənfi tərəfləri haqqında ətraflı oxuya bilərsiniz.
Studio mənzillərin dizaynı necə olmalıdır.
Çox vaxt balaca məkanlarda rahat olunmur kimi inancların əksinə əgər evi düzgün dizayn etsəniz tam əksinə çox rahat geniş yaşamaq olar. Evi sizə uyğun dizayn etmək sizin yaşam və iş həyatınızla da bağlı olur. Düzgün planlama sayəsində bir otağda mətbəx , yataq otağı və qonaq otağı yarada bilərsiniz.
Yataq otağının yeri
Studio mənzillərdə ilk ağla gələn yataq otağının yeri harda olmalıdır.Buna əsas səbə də yataq otağı və qonaq otağı arasında havanın çox qarışmamasıdır.İki otaq arasında boşluğun olması daha uğurlu dizayn nümunəsi sayıla bilər. Bunun üçün otaqlar arasında boşluq yaradılmalıdır. L formasında qonaq otağı üçün yaxşı seçim ola bilər.
Şüşə arakəsmələr
Şüşə divarlar studio mənzil üçün əla fikirdir. Divarların istifadəsi həm rahatdır həm də daha az yer tutur. Şüşə divarlar sayəsində otaqlar arasında şəffaf görüntü yaranır ki bu da otaqları daha yaxşı göstərir. Şüşə arakəsmələr sayəsində otaq daha yaxşı işıqlanır.
Görüntüdən əvvəl rahat və istifadəyə faydalı dizayn
Studiya mənzilinizi dizayn edərkən, estetik görüntüdən əvvəl öz ehtiyaclarınızı və mənzildən necə istifadə etmək istədiyinizi nəzərə almaq lazımdır. Əgər iş otağı sizin üçün əvəzolunmazdırsa və gününüzün çox hissəsini evdən işləməklə keçirirsinizsə, ilk öncə rahatlıq və istifadəyönlü olmasına diqqət edin.
Mebel seçimi
Studiya mənzil üçün mebel seçən zaman , böyük mebellərin görüntüsünə deyil, kiçik ölçülü mebellerin istiliyinə və rahatlığına diqqət yetirməyi məsləhət görürük. Ölçüləri kiçik olan və az yer tutan mebel daha geniş dekorasiya yaratmağınıza kömək edə bilər.
Studio mənzillərdə minimalist dizayn
Evlərdə minimalist dizayn sadə , təmiz və istifadəyə faydalı görüntü yaradır.Minimalist evlər adətən sade və az mebel ilə xarakterizə edilir. Daha çox funksiyası nəzərə alınan mebellər evdə genişlik və rahatlıq yaradır. Mebel və bəzək elementlərində təmiz, düz və sadə formalar minimalist üslubun əsasını təşkil edir.
Minimalist dizaynda ağac, şüşə, metal və daş kimi təbii materiallardan tez-tez istifadə olunur.Minimalist dizaynda ağ, boz, qara və çarpıcı olmayan tonlara üstünlük verilir. Bu rəng palitrası sadə görünüş təmin edir və diqqət çox dağıtmır.
Smart Mebellər. Ağıllı və çox istifadəli mebellər
Açılıb-bağlanan divanlar funksionallığı və praktikliyi ilə tanınan çox yönlü mebel parçalarıdır. Onlar iki vacib funksiyanı birləşdirərək həm divan(oturma) , həm də yataq kimi istifadə olunur.İkili divan qonaq otaqlarında, studiya mənzillərində ağıllı mebel kimi istifadə edilir.
Bununla belə, çoxistifadəli divanlar çarpayılarının bəzi çatışmazlıqları da var. Keyfiyyətli yataq və rahat oturma sahəsi arasında tarazlıq yaratmaq vacibdir. Onların keyfiyyət mexanizminin olması da vacibdir, çünki onlar daimi açılıb-bağlanmağa tab gətirməlidirlər.
Ümumiyyətlə, divan çarpayıları funksionallıq və estetikanı birləşdirərək yaşayış yerlərinizi optimallaşdırmaq üçün əla yoldur.
Evi necə daha böyük göstərmək olar?
Kiçik məkanlarda möcüzələr yaratmaq və ilham ala biləcəyiniz daha çox dizaynlara nəzər salmaq istəyirsinizsə, “Evi necə daha böyük göstərmək olar?” başlıqlı məqaləmi oxumanızı tövsiyə edirik.