Geniş mətbəx, hündür tavan və bol günəş işıq hər kəsin arzusudur. Ancaq əksəriyyətimiz darısqal və kifayət qədər geniş olmayan yerlərlə kifayətlənməli oluruq. Lakin kiçik mətbəx odüzgün dizayn edildikdə o qədər də pis görünmür digər geniş mətbəxlərlə müqayisədə. Əslində, düzgün və funksional dizayn ideyaları ilə ölçülər nə qədər olursa olsun, hər şey eləmək mümkündür. Bu yazıda dizaynerlərdən ilhamlanan kiçik mətbəx ideyalarını toplamışıq. Təbii işığı maksimum dərəcədə göstərən kuxna mebelləri , yüngül monoxromatik rəng sxeminə qədər, hətta tavanın hündürlüyünü artırmaq kimi professional üsullar sayəsində kuxnadan maksimum istifadə edə biləcəksiniz. Bu ideyalar mətbəxinizdə daha çox vaxt keçirmək istəməyiniz artırıb kuxnada olduğunuz müddətdə heç vaxt darısqal hiss etməyəcəksiniz.

Digər dizayn məsləhətləri

1

Açıq Rəngli Mebel Seçimi

Açıq rənglər məkanı daha geniş göstərməyə kömək edir. Pərdələri istifadə etməməklə təbii günəş işığının pəncərədən içəri dolmasına imkan verir ki, bu da otağın daha geniş hiss olunmasına kömək edir.

Balaca Kuxna Mebelleri

2

Tək Rəngli Mətbəx Dizaynı

Tək rəngli dizaynlar, xüsusilə açıq tonlarda seçildikdə, məkanın daha geniş görünməsini təmin edir. Mətbəxinizə yüngül və sakit bir hava qatmaq üçün eyni rəngin müxtəlif çalarlarından istifadə etmək məkanın daha böyük və rahat hiss olunmasına kömək edəcək. Açıqlıq və səliqə sevənlər üçün bu dizayn yanaşması ideal seçimdir.

Balaca Kuxna Mebelleri

3

Açıq rəflər quraşdırın

Açıq rəflər, mətbəxinizi həm estetik, həm də funksional cəhətdən genişləndirmək üçün əla bir həlldir. Divarlara quraşdırılan bu rəflər, yerə toxunmadan əlavə saxlama sahəsi təmin edir və eyni zamanda mətbəxinizi daha açıq və müasir göstərir. Xüsusilə kiçik mətbəxlərdə dolabların yerinə üzgün rəflər istifadə edərək, həm əşyalarınızı sərgiləyə, həm də daha geniş bir görüntü yarada bilərsiniz.

Balaca Kuxna Mebelleri

4

Divarda Oyuq formalı Rəflər

Qəribə oyuq sahəsi evinizin dizaynında böyük bir fərq yarada bilər. Boş və istifadəsiz qalan bu sahəni funksional hala gətirmək üçün bir çox yaradıcı yol var. Mətbəxdə isə bu boşluğu əlavə qida saxlama sahəsi, qabyuyan maşın üçün yer və ya hətta şərab rəfi kimi istifadə edə bilərsiniz. Oyuq sahələri evinizin üslubuna uyğun bir şəkildə dizayn edildikdə, çox praktik və estetik dizayn yaradır.

Balaca Kuxna Mebelleri

5

Kuxnada Əşya Saxlamaq üçün yerlər yaradın

Mətbəxtin içərisinə əlavə saxlama sahəsi yaratmaq mətbəxinizdə yer qənaəti üçün mükəmməl bir seçim ola bilər. Mətbəxtin alt hissəsində geniş şkaflar, çəkməcələr və ya xüsusi saxlama bölmələri əlavə edərək, mətbəx əşyalarınızı səliqəli bir şəkildə gizlədə bilərsiniz. Bu yanaşma həm mətbəxinizin funksionallığını artırır, həm də vizual olaraq təmiz və səliqəli bir görüntü yaradır. Əlavə olaraq, bu saxlama rəfləri mətbəx alətləriniz, qab-qacaq və digər lazımlı əşyaları əlçatan bir şəkildə saxlayaraq, məkanı daha istifadəyə faydalı edir.

Balaca Kuxna Mebelleri

6

Kiçik Məişət Əşyalarından İstifadə Edin

Kiçik ölçülü cihazlar istifadə edərək sizə dəyərli olacaq yerləri çoxaldın. Kiçik versiyalı məişət əşyaları, böyük olanlarından eyni dərəcədə yaxşı işləyə bilir və daha az yer tutar. Bu dəyişiklik mətbəxinizi daha geniş və funksional eləyir.

Balaca Kuxna Mebelleri

7

Divara Gizlənmiş Qapılar

Dizaynerlərin tövsiyəsi ilə mətbəxinizdəki ən çox istifadə olunan divarı gizli və içə girən qapılar quraşdırın. Bu, açıq planlı mənzillər və studiya mənzilləri üçün əla bir fikirdir və mətbəxinizi istifadədən kənar saxladığınız zaman daha təmiz görünməsinə kömək edir.

Balaca Kuxna Mebelleri

8

Əlavə İşıqlar Quraşdırın

Effektiv lampa işıqları mətbəxinizdə istifadə etdiyiniz sahələri daha funksional edir. Mətbəx rəfləri, moyka və soba kimi əsas iş sahələrinin üzərinə fokuslanmış işıqlar quraşdıraraq görüntünü artırır və mətbəx işlərini görməyi daha asan edir.

Balaca Kuxna Mebelleri

9

Əşyalarınızı Azaldın

Mətbəxdəki yerləri yenidən gözdən keçirdin və lazım olmayan əşyaları azaldın. Əgər, 25 qaba ehtiyac yoxdursa bunları minimuma endirin. Yalnız müntəzəm istifadə etdiyiniz əşyaları saxlaya bilərsiniz.

Balaca Kuxna Mebelleri

10

Tavanı Hündür edin

Kiçik bir mətbəxiniz varsa və ya digər otaqlara genişlənmək istəmirsinizsə, tavanın hündürlüyünü artırmaq yaxşı bir seçim ola bilər. Bu sadə dəyişiklik, məkanın görünüşünü tamamilə dəyişdirə bilər.

Shares:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir