2024 Rəng Trendləri: İlin Populyar Rəng Palitraları
2024-cü il interyer dizaynlarda diqqətəlayiq rənglərin geniş çeşidi ilə yadda qalacaq. Rəng palitrası bu il daha da zənginləşir, müxtəlif rəng markaları isə öz palitralarını təqdim edərək, bu ilin ən dəbli rənglərini təqdim ediblər. Ev dizaynını yeniləmək istəyənlər üçün bu rənglər ideal seçim olacaqdır. Bu yazıda, ən populyar rənglərdən və onların evinizdə necə istifadə edilə biləcəyindən bəhs edəcəyik.
Tünd Qəhvəyi – Sherwin-Williams | 2024 ev rəngləri
Sherwin-Williams-ın 2024-cü il üçün seçdiyi rənglərdən biri Tünd Qəhvəyi (Dark Auburn) adlanır. Bu rəng qırmızı ilə qəhvəyi rəngin birləşməsindən yaranıb və müasir bir görüntü üçün ideal seçimdir. Həm də torpaq tonlarını xatırladaraq təbii bir hiss yaradır. Bu rəngi otağınızın divarlarında istifadə edərək, məkanınıza isti və qonaqpərvər bir atmosfer gətirə bilərsiniz.
Şaftalı Rəngi – Pantone | 2024 ev dizayn rəngləri
Pantone şirkəti, 2024-cü ilin rəngi kimi Şaftalı Rəngini (Peach Fuzz) seçib. Bu yumşaq və rahat koral rəngi sakitlik yaradır və məkanınıza təzəlik hissi bəxş edir. Xüsusilə hamam otağında istifadə edilə biləcək bu rəng, məkanı sakit və rahat məkana çevirir.
Mavi Nova – Benjamin Moore | 2024 ev interior rəngləri
Benjamin Moore-un 2024-cü il üçün seçdiyi rəng Mavi Nova (Blue Nova) adlanır. Bu mavinin soyuq və bənövşəyi çalarları olan tonları, kosmik bir atmosfer yaradır. Mavi Nova, yatak otağının divarlarında istifadə edilə bilər və məkanı sakitləşdirici və cəlbedici bir görünüşlə təmin edir.
Cracked Pepper – Behr | ev rəngləri
Behr markasının 2024-cü il üçün seçimi Cracked Pepper yəni nə qədər də qəribə səslənsə də ingilis dilindən tərcümədə Qırıq Bibər adlanır. Bu yumşaldılmış qara rəng, məkanınıza həm dəbli, həm də rahat bir atmosfer yaradır. Divarlarınızı bu rənglə bəzəyərək şık bir görünüş əldə edə bilərsiniz.
Limitsiz – Glidden | ev dizayn rəngləri
Glidden-in 2024-cü il rəngi olan Limitsiz (Limitless), buğda tarlasını xatırladan isti, bal çaları olan rəngidir. Bu rəng, interyer dizaynında ənənəvi neytral tonların yerini alır və məkanınıza yumuşaq bir günəş işığı hissi gətirir.
Dağ Adaçayı – James Hardie | 2024 ev rəngləri
James Hardie şirkəti, 2024-cü il üçün Dağ Adaçası (Mountain Sage) rəngini seçib
Yeni Eden – Graham & Brown | 2024 ev rəngləri
Graham & Brown markası, 2024-cü il üçün Yeni Eden (New Eden) adlandırdığı tapmaçalı meşə mənzərəsi ilə zəngin olan divar kağızını seçib. Bu təbiətdən ilham alan rəng palitrası, zəngin smaragd, mavi və pas rənglərini bir araya gətirir.
Maraqlı ola biləcək yazı: 2024 il Trend hamam dizaynları
Viridis – Graham & Brown | 2024 ev rəngləri
Viridis, Graham & Brown markasının 2024-cü il üçün seçdiyi digər rəngdir. Bu torpaq tonlu yaşıl rəng, təbiəti evinizə hiss etmıyiniz üçün , məkanınıza sakit və rahat bir atmosfer yaradır.
Termal – C2 Paint | 2024 ev rəngləri
C2 Paint-in 2024-cü il üçün seçdiyi Thermal rəngi, həm sakitləşdirici, həm də enerjiləndirici xüsusiyyətləri ilə göy mavisinin təbiətdən gələn təravətini məkanınıza daşıyır.
Bu rənglərdən ilhamlanaraq, evinizi yenidən dizayn edərək 2024-cü ilin trendləri ilə addımlaya bilərsiniz. Hər biri fərqli və xüsusi olan bu rənglər, evinizin hər küncündə yeni və unikal bir atmosfer yarada bilər. Trendləri izləyin və məkanınıza uyğun rəngləri seçərək, 2024-cü ilin ən populyar rəngləri ilə evinizi yeniləyin.