İnteryer və hamam dizayn trendləri əvvəlki illərə nəzərən daha sürətlə irəliləyir. 2024-cü ildə ümumiyyətlə dizayn və xüsusilə hamam dizaynı daha çox özünü ifadə etmək, sağlamlıq mənasını verən bir trendə çevrilib. Gəlin sizlərlə şəxsi üslubunuzu və interyer dizayn seçimlərinizi yönləndirəcək , sizə kömək edəcək yeni dizayn ideyaları yaradacaq fikirləri paylaşaq. 2024-cü ildə sizə və evinizə ən uyğun olan hamam trendlərini kəşf etmək üçün yazının davamını oxumağa davam edin. Budur 2024 cü ilin ən dabli fərqli dizayn üslublarını və onların nə ifadə etdiyini sizinlə paylaşırıq
Vintage Aralıq dənizi hamam dizayn trendləri
Aralıq dənizi üslubunda vanna otağı tarix və dəbi mükəmməl birləşdirir. 2024-cü ildə bu trend vintage Aralıq dənizi detalları ilə vanna otağınızda parlayır. Siciliyanın məşhur San Domeniko Sarayından ilhamlanan bu üslub terakota və stükko kimi təbii materialları qalın mərmər plitələr və mis detallarla birləşdirir.
Banyonuzu bu üslubla dəyişdirmək üçün tünd ağacdan və tünd rəngli hamam mebeli seçib, keramika ilə daha da zənginləşdirə bilərsiniz. Müasir bir toxunuş üçün, tezgah üstü moyka və divara quraşdırılmış kranlardan istifadə edərək zərifliyi artıra bilərsiniz. Gizli duş sistemləri də keçmiş və gələcək arasında mükəmməl birləşim yaradır.
Bu vintage Aralıq dənizi üslublunda hamam dizayn üslubu həm dəbli, həm də estetik bir görünüş yaradır.
American Classic Banyo Trendi
Son illərdə klassik Amerika dizaynının təsiri interyerlərdə güclü şəkildə hiss olunur və bu üslub hamam otaqlarımızda da öz əksini tapır. Məşhur interyer dizayner Şi McGee-dən təsirlənən American Classic üslublu vanna otağı Shaker toxunuşu ilə həm rahatlıq, həm müasirlik, həm də zəriflik təqdim edir.
Bu üslub müasir və klassik elementləri bir araya gətirir, rahatlıq və funksionallığa üstünlük verir. Böyük və ya kiçik hamamlar üçün ideal olan bu üslub evinizdə lüks bir hissi yaradır. Həmçinin American Classic hamam dizaynı isti və cəlbedici bir atmosfer yaradır.
Bu üslub vanna otağınıza həm funksional, həm də şık bir toxunuş əlavə etmək üçün mükəmməl seçimdir.
2024 Hamam Dizayn Trendləri: Yaşıl rəng və təbii tonlar diqqəti cəlb edir
Ağ rəngli vanna otağının populyarlığı azalarkən təbii rənglər ön plana çıxır. Anketlərə görə, iştirakçıların 35%-i vanna otağında yaşıl rəngə üstünlük verdiklərini bildiriblər. Bu göstərici ağ (31%), mavi (26%) və boz (25%) olub. Hamamlarda daha rahat bir atmosfer yaratmaq üçün isti tonlara və torpaq rənglərinə üstünlük verilir.
İsti və təbii rəng palitraları hamam otağına daha sakit və dinc bir mühityaradır. Bu trend vanna otağını qəşəng və təbii şəkildə dəyişdirir.
Smart Tualet otaqları
Tualet dizaynında da texnologiya sürətlə inkişaf edir və yaxın üç ildə ağıllı tualetlər ön plana çıxacaq. Dizaynerlər ağıllı tualetlərin avtomatik qapanan qapaqlar, qızdırılan oturma sistemləri və özünü təmizləmə funksiyaları ilə diqqət çəkəcəyini proqnozlaşdırırlar. Xüsusilə özünü təmizləyən tualetlər təmizləmə baxımından böyük rahatlıq təmin edir və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu yenilikçi xüsusiyyətlər müasir hamamların rahatlığını artırmaq və gündəlik həyatı daha rahat etmək üçün ideal həllər təklif edir.
Qapısız Duşlar
Hamam dizaynı ilə bağlı sorğuda respondentlərin 70%-i qapısız və açıq (əyri) duş keçidlərinə üstünlük verdiklərini bildiriblər. Bu duş və digər yerlər arasında rahat keçid təmin edir. Bundan əlavə, duşu əhatə edən şüşə panellərin çərçivəsiz və tamamilə şəffaf olması gözlənilir; Bu hamam dizaynlarına buxarlı şüşə qapılardan daha çox üstünlük verilir. Qapısız duşlar müasir estetika təqdim edir və hamamda açıq və geniş atmosfer yaradır.
Bəli, düz oxudunuz. İçki dolabları və mini soyuducular artıq vanna otağında daha tez-tez yerləşdiriləcək. Son illərdə bir çox ev sahiblərinin hamam otağına içki və dərman kimi əşyaları yerləşirməsində maraqlıdırlar. Bu yeni tendensiya vanna otağında daha çox rahatlıq və praktikliyi təmin edir. Mini soyuducular həm şəxsi qulluq məhsulları, həm də soyuq içkiləri istifadə rahatlığı təqdim edir. Müasir vanna otağı dizaynlarında bu cür əlavələr həm funksionallığı, həm də lüksü artırır, vanna otağı gündəlik həyatda daha faydalı edir.