Televizor altı mebel evinizini və qonaq otağını dizayn etmək və gözəlləşdirmək üçün uyğun yollardan biridir. Bu həm estetik, həm də praktiki funksiyanallıq baxımından müsbət və faydalıdır.
Müasir televizor qurğuları otağın ümumi daxili dizaynı ilə əhəng və bütövlük yaradır. Sadə dizaynlar istənilən interyer üslubuna uyğun gəlir və həmişə dəbdədir. Belə televizor altı mebellər yalnız televizor üçün deyil, həm də lazımi əşyaların yerləşdirmək,saxlama və estetik görünüş yaratmaq üçün faydalıdır.
Dizaynerlər televizor stendlərini yenilənmiş minimalizm və ya funsiyanal dizayn konsepti olmaraq otağın bəzədilməsində əvəzolunmaz elementlər hesab edirlər.Stendlərin evinizdə yaradacağı bəzi üstünlüklər var ki aşağıda təqdim etmişik
Estetik və Praktik Həllər
1. Rəf və Bölmənin birləşməsi: Televizorun altında yerləşdirilən rəflər media cihazlarınızı, kitablarınızı və ya dekorativ əşyalarınızı yerləşdirmək üçün ideal yer təklif edir. Açıq rəf sistemləri müasir görünüş verir.
2. Qapaqlı şkaflar: Kabelləri və digər əşyaları gizlətmək üçün qapılı şkaflardan istifadə edə bilərsiniz. Bu tip mebel təmiz və səliqəli görünüş əldə etməyə imkan verir.
3. Modul Dizaynlar: Mebel altındakı modul televizor tələbinizə uyğun olaraq fərdiləşdirilə bilər. Müxtəlif hissələrdən ibarət olan sistemlər müxtəlif saxlama variantları təklif edir və şəxsi seçiminizə uyğunlaşdırıla bilər.
İnteryer Dizayn Məsləhətləri
Televizorun altında mebel seçərkən evinizin interyer dizayn tərzini nəzərə alın. Rəng, material və dizayn seçimi həm zərifliyi, həm də funksionallığı artıraraq evinizi gözəlləşdirir.
2024-cü ilin ən son televiziya altı mebel trendlərini sizlərlə bölüşməkdən məmnunam. Bu ilin məşhur dizaynlarını araşdıraraq, eviniz üçün yaradıcı ideyalar tapa bilərsiniz.
Bənzər yazını oxu: Divarda televizor dekorları
Ayaqsız televizor stendi:
Asqıya alınmış modellər
Şüşə
2024 trendlərinin ən yaxşı materiallarından biri. Şüşə televizor stendlərindən istifadə kiçik məkanların dizaynına uyğundur
Metal
Yüksək texnologiyalı, loft və minimalist üslublarda qəşəng və təbii görüntü – metal və ağacın mükəmməl birləşməsi dizaynerlərə unikal dizaynlar yaratmaq üçün daha çox seçimlər verir.
Taxta
Taxta dizaynlar heç vaxt dəbdən düşmür çıxmır, və yivli səthləri olan modellər xüsusilə dəbdə olacaq.