Kiçik bir studiya mənzilində yaşamaqdan həzz aldığınız zaman mətbəxinizin praktik və dəbli olması vacibdir. Bu blog yazısında biz studiya mənzillərinin mətbəxləri üçün faydalı təkliflərə diqqət yetirərək, məhdud məkandan maksimum istifadə etməyin yollarını araşdıracağıq.
1. Eyni döşəmədən istifadə edin:
Mənzillərdə əsas məsələlərdən biri mənzil yerlərinin çox baha qiymətə olmasıdır. Yüksək qiymətə olan mənzillərdə ərazinin geniş olmasını təmin etmək vacibdir. Salona birləşimiş açıq mətbəxiniz varsa, buna nail olmağın ən yaxşı yollarından biri əraziləri birləşdirmək üçün eyni formalı döşəmədən istifadə etməkdir. Taxta, laminat və ya vinil kimi davamlı materialdan istifadə etmək gündəlik zərbə və tökülmələrə tab gətirməsi baxımından yaxşı seçim olar.
2. Ağıllı Saxlama Həlləri:
Divar rəfləri və ya asılqanlardan istifadə edərək əşyalarınızı göz qabağında saxlamaqla daha rahat mətbəxə sahib ola bilərsiniz.
Çəkməcə və çoxlu gözü olan saxlama rəflərindən istifadə edin.
Mətbəx qablarınızı tez-tez istifadə etdiyiniz cərgələrə yerləşdirərək onlara girişi asanlaşdırın.
3. Bağlanabilən və Çoxfunksiyalı Mebel:
Qatlanan masa və stul kimi portativ mebelləri seçin. Həmçinin əşyaları saxlamaq üçün çoxfunksiyalı mebellərin istifadəsi studia mətbəxi dizay edərkn sizə yaxşı fayda verə bilər.
Mobil tezgahlar və ya səbətləri olan mobil adalar mətbəxinizin yerini genişləndirə bilər.
4. Texnoloji Xüsusiyyətləri Nəzərdən Keçirin:
Müasir mətbəx əşyalar funksional xüsusiyyətləri baxımından istifadə rahatlığını artırın.
Ağıllı ev cihazları ilə inteqrasiya olan əşyalar müasir texnologiyanı mətbəx həyatınıza gətirə bilər. Mətbəx üçün əşya seçərkən texnaloji yönləri ilə yanaşı dözümlü olub olmaması da diqqətə alınmalıdır. Seçim edərkən yalnız görüntüyə aldanmamaq və mətbəxə uyğun olacaq görüntülü və keyfiyyətli əşyalar seçilməlidir.
Mətbəx əşyalarını tək istifadə üçün deyil həm də bəzək əşyası kimi də fikirləşmək olar. Məsələn, gözəl bir qəhvə maşını mətbəxə zəriflik qata bilər.
5. Rənglərin mətbəxdə istifadəsi:
Mətbəx evin əsas yerlərindəndir və rəng seçimi bu vacib məkanın atmosferinə təsir göstərir. Mətbəxdə rəngin istifadəsi ilə bağlı praktik və estetik təkliflər:
Əsas rəng palitrasını müəyyənləşdirin:
Mətbəxdə istifadə edəcəyiniz əsas rəng palitrasını müəyyənləşdirin. İsti tonlara üstünlük verirsiniz, yoxsa soyuq tonlara?
Ümumiyyətlə, ağ, boz və bej tonları geniş rəng palitrasına uyğun gəldiyi üçün mətbəxdə çox istifadə olunur.
Kontrast rəngli bloklarla müasir görünüş:
Müasir bir görünüş əldə etmək üçün əks rəng bloklarından istifadə edin. Məsələn, qara və ağın birləşmələri və ya boz çalarların kontrastı.
Minimalist dizaynlar üçün neytral rənglərlə də uğurlu sayılır.
Divar rəngləri ilə diqqəti cəlb edin:
Divarlara rəng qatmaqla məkana dərinlik əlavə edə bilərsiniz.
Divarları pastel tonlarla və ya canlı rənglərlə boyayaraq mətbəxin atmosferini dəyişə bilərsiniz.
Düzgün rəng birləşmələri ilə mətbəxdə isti, cəlbedici və funksional atmosfer yarada bilərsiniz.
Açık Rəflərdən istifadə edin:
Açık rəflər, müasir mətbəx dizaynları arasında çox istifadə olunan və istifadə baxımından çox rahatdır. Açıq rəflərin mətbəx dizaynında əsas üstünlükləri:
Estetik Görüntü:
Açıq rəflər sizə mətbəx əşyalarınızı göstərmək imkanı verir. Rəngarəng boşqablar, və gözəl mətbəx qabları kimi əşyaları nümayiş etdirərək mətbəx görüntüsünü daha yaxşı edə bilərsiniz. Bu görüntü olaraq mətbəxi daha geniş və gözəl göstərəcəkdir.
Yerə qənaət:
Açıq rəflər qapalı şkaflardan daha az yer tutur. Bu, kiçik mətbəx və ya studiya mənzilində vacib olan yerə qənaət edir.
Asan və əlçatan olması:
Açıq rəflər əşyalarınızı tez və asan tapmağı təmin edir. Ehtiyacınız olan bir şeyi axtarmaq əvəzinə, gözünüzün qabağında tapmaq imkanı yaradır.
Bununla belə, açıq rəflərin bəzi çatışmazlıqları da var. Toz və kir yığıla bilir, müntəzəm təmizləmə tələb olunur və bəzi əşyaların daha tez köhnəlməsinə səbəb ola bilər.
Studiya evinizin mətbəxini dizayn edərkən həm funksionallıq, həm də vizual cəlbediciliyə üstünlük verməklə məhdud yerlərdən maksimum yararlana bilərsiniz.