Əmlak bazarlarında qiymətlərə dünyadakı siyası, iqtisadi və yerli bazardakı digər amillərin təsiri olur ki qiymətlərdə dalğalanmalar baş verir. Ancaq son araşdırmalar zamanı əmlak bazarında fərqli qiymət düşüşü müəyyən edimişdir. İsveçrənin UBS bankının apardığı araşdırmaya görə dünyada şişirdilmiş əmlak qiymətləri riski azalıb.

Böyük şəhərlər üçün istisnalar:

emlak qiymetleri

Nyu-York, London kimi dünya maliyyə mərkəzlərində, eləcə də digər iri meqapolislərdə mənzil bazarında ciddi azalma müşahidə olunmur. Bu şəhərlər daim investorların diqqətini cəlb edir və onların mənzilə olan tələbatını qoruyur.

Ötən il dünyanın 25 iri şəhərində mənzil qiymətlərində kəskin ucuzlaşma müşahidə olunub. Hesabata görə, bundan yalnız Sürix və Tokio kənarda qalıb.

Hesabatda bildirilib ki 2008 ci ildə dünyada baş vermiş iqtisadi böhran zamanı əmlak balon riski xeyli azalıb.
Hesabata görə, ötən il doqquz şəhər olan “balon riski” kateqoriyasında yalnız Sürix və Tokio qalıb. Frankfurt, Münhen və Amsterdam Avropada daha aşağı riskli “həddindən artıq qiymətləndirilmiş” kateqoriyaya düşüb. Cenevrə, London, Stokholm və Paris də eyni kateqoriyada qalıb.

emlak qiymetleri

Əmlak qiymətlərinin düşmə səbəbləri:

Ev qiymətlərindəki bu ümumi aşağı tendensiyanın arxasında bir çox amillər var. Xüsusilə iqtisadi qeyri-müəyyənlik, faiz dərəcələrindəki dəyişikliklər və pandemiyanın təsirləri mənzilə tələbatın azalmasına səbəb olub. Bu o deməkdir ki, bir çox regionlarda daşınmaz əmlak bazarı alıcının xeyrinə balanslaşdırılıb.

əmlak qiymətləri

Şişirdilmiş əmlak qiymətləri necə yaranır

Daşınmaz əmlak və ya mənzil balonu, tələbin artması və təklifin məhdud olması səbəbindən əmlak qiymətlərinin sürətlə yüksəldiyi zaman baş verir. Müəyyən bir məqamda tələb birdən-birə donur və ya azalır, qiymətlərin kəskin aşağı düşməsinə və balonun partlamasına səbəb olur.

Əmlak qiymətləri

Əmlak qiymətlərinin düşəcəyi gözlənilir

UBS təhlilinə əsasən əmlak bazarlarında balansız qiymətlərin oynamasına səbəb son iki ildə qlobal iqtisadi dəyişikliklər təsir göstərir. Bu azalmaya təsir edən əsas amillərə Rusiya Ukraynaya müharibəsi və Covid-19 epidemiyası ilə bağlı hadisələr daxildir.

  1. Geosiyasi inkişaf:
    Geosiyasi gərginliklər mənzil bazarında qeyri-müəyyənlik yaradıb, investorların inamına təsir edib.
  2. Covid-19-un təsiri:
    Pandemiya qlobal miqyasda iqtisadi fəaliyyətə təsir göstərmiş, işsizlik nisbətlərini artırmış və gəlir səviyyəsinə təsir etmişdir
  3. İnflyasiyanın və faiz dərəcələrinin artması:
    Son iki ildə qlobal iqtisadiyyatda inflyasiya və faiz dərəcələrində əhəmiyyətli artım müşahidə olunub.
    Bu, mənzil kreditlərinin bahalaşmasına səbəb olub, alıcıların alıcılıq qabiliyyətini aşağı salıb və tələbata təsir edib.

Linkə keçid edib kirayə ev yoxsa yeni ev almaq yazısını oxuyub detallı məlumat əldə edə bilərsiniz

Shares:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir