Güzəştli Mənzil Nədir ?
Güzəştli mənzil, mənzilin bazar qiymətindən daha əlverişli şərtlərlə təqdim edilməsi və vətəndaşlara uzunmüddətli kredit imkanının yaradılması ilə bağlıdır. İpoteka Fondu tərəfindən təşkil olunan güzəştli kredit proqramı, mənzil sahibi olmaq istəyənlər üçün yaxşı fürsətlər təqdim edir.
Ödəniş Şərtləri: Güzəştli mənzillər, 3 il ərzindən başlayaraq 30 ilədək uzanan ödəniş müddətləri ilə təqdim edilir. Bu, mənzil sahibi olmaq istəyənlərə ödənişlərini uzun müddətlik uzatmaq imkanı verir ki bu da mənzil sahibi olmaq yönündə yaxşı kömək olur.
Güzəştli mənzil layihələri :
Güzəştli mənzil layihələrinə Hövsan Yaşayış Kompleksi 2 , Yasamal Yaşayış Kompleksi , Gəncə Yaşayış Kompleksi , Lənkəran Yaşayış Kompleksi , Sumqayıt Yaşayış Kompleksi , Füzuli Yaşayış Kompleksi , Cəbrayıl Yaşayış Kompleksi , Binəqədi Yaşayış Kompleksiləri daxildir.
Lənkəran Yaşayış Kompleksi
Binaların ümumi sayı 5
Binaların mərtəbəliyi 9 – 9
Mənzillərin ümumi sayı 240
Studio tipli | 2 otaqlı | 3 otaqlı | 4 otaqlı |
---|---|---|---|
40.1 m² – 40.1 m² (sahə) | 57.68 m² – 57.7 m² (sahə) | 72.82 m² – 76.74 m² (sahə) | 98.7 m² – 114.61 m² (sahə) |
32 | 36 | 104 | 68 |
Füzuli Yaşayış Kompleksi
Binaların ümumi sayı 38
Binaların mərtəbəliyi 4 – 7
Mənzillərin ümumi sayı 846
2 otaqlı | 3 otaqlı | 4 otaqlı |
---|---|---|
54.2 m² – 68.3 m² (sahə) | 71.6 m² – 109.3 m² (sahə) | 92.8 m² – 108.4 m² (sahə) |
318 | 430 | 98 |
Cəbrayıl Yaşayış Kompleksi
Binaların ümumi sayı 33
Binaların mərtəbəliyi 4 – 5
Mənzillərin ümumi sayı 712
1 otaqlı | 2 otaqlı | 2 otaqlı studio tipli | 3 otaqlı | 4 otaqlı |
---|---|---|---|---|
45 m² – 50 m² (sahə) | 55 m² – 90 m² (sahə) | 98 m² – 100 m² (sahə) | 90 m² – 108 m² (sahə) | 110 m² – 120 m² (sahə) |
8 | 136 | 8 | 392 | 168 |
Güzəştli mənzilləri kimlər ala bilər?
YAŞI 35-DƏN ÇOX OLMAYAN GƏNC AİLƏ ÜZVLƏRİ
- Şəhidin övladları
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları
- Azərbaycanın Milli Qəhrəmanının övladları
- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi
- və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı
- yarışların mükafatçısı (I, II və ya III yer)
- Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs
YAŞINDAN VƏ AİLƏ VƏZİYYƏTİNDƏN ASILI OLMAYARAQ DİGƏR ŞƏXSLƏR
- Şəhid ailəsinin üzvü (əri/arvadı)
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı)
- Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı)
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
- (müraciətləri qəbul edilən elmi işçilərin çalışdığı elmi müəssisə və təşkilatların siyahısı)
- Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
- Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs
Sosial İnfrastrukturun İnkişafı:
Güzəştli mənzillər geniş ictimai infrastruktur ilə əhatə olunur. Məktəblər, sağlamlıq mərkəzləri, parklar və digər lazımi tərəfdaşlıq sahələri, mənzil ərazisinin ətrafında yerləşir.
Bu şəkildə, güzəştli mənzil konsepsiyası, Azərbaycanın yaşayış standartlarını yaxşılaşdırmaq və daha çox insanın öz evinə sahib olmağını təmin etmək üçün effektiv bir yoldur.
Güzəştli mənzillərin üçün
Hansı sənədlər lazımdır? , Güzəştli mənzilləri almaq üçün necə qeydiyyata düşmək olar? Ödəniş necə həyata keçirilir? haqqında növbəti yazıda tanış ola bilərsiniz.