Ev almaq xoş və həyəcanlı hadisə olmaqla bərabər həm də məsuliyyət və ağır bir prosesdir.Bu yazıda bilinməsi vacib məlumatları paylaşmışıq və ümid edirik sizin də işinizə fayda verər.Yazının davamını təzə evə köçən zaman lazımlı məlumatlar ala bilərsiniz.

Əşyaları çeşidləyib ayırmaq

Yeni evə köçməzdən əvvəl əşyaları gözdən keçirmək və sizə lazım olacaqları əvvəlcədən bilmək əlavə vaxt itkisindən sizi xilas edəcək.Sına biləcək və xüsusi ehtiyyat tələb edən əşyaları ayrıca qablaşdırmaq məsləhət görülür.Ayrılmış əşyaların əlavə risklərdən qorunmasına kömək edəcək.Əlavə olaraq qutuların üstünə ayırdığınız əşyaların adı yazılsa köçməzdən əvvəl və sonra rahat tapılması və əlavə vaxt itkisinin qabağın almış olarsınız.

tezə ev

Yükdaşıma firmasını araşdırın

Şirkət seçən zaman diqqətli, düzgün planlama sizi ühtimal olunan zərərlərdən qoruya bilər.Bu kimi amilləri nəzərə alıb peşəkar xidmət ala bilərsiniz.
Şirkəti araşdıran zaman Referans, Sığorta, Qiymət, Xidmət çeşidliyini və digər sizə fayda verəcək xidmətlərini araşdırın.

teze ev


Referans: Təzə evə köçmək məsuliyyətli və stresli olduğunu nəzərə alsaq yükdaşıma da bunun bir parçasıdır və vacib hissəni əhatə edir.Buna görə firmə seçən zaman əvvəlki müştərilərin fikirlərin öyrənmək sizə fayda verəcək.
Sığorta: Seçəcəyiniz yükdaşıma firmasının lisenziya və sığortalaması haqqında məlumat alın.Ağır yüklərin və uzaq məsafəli yükdaşımaların təmin edildiyi zaman yarana biləcək zərərləri qarşılayıb qarşılamadıqların araşdırın.
Qiymət: Yükdaşıma xidmətlərini araşdıran zaman qiymətləri də nəzərə alın.Ucuz qiymətlərə hər zaman etibarlı və yaxşı xidmət almaya bilərsiniz.Qiymətə nələr daxildir detallı araşdırın və büdcənizə uyğun olanı seçin.
Xidmət çeşidliyi: Yüklərinizin yerini və daşıyıb yerləşdirəcəyiniz yerləri diqqətlə araşdırın.Sizin evə uyğun olan yükəri evdən çıxardıb yerləşdirən zaman lazım olan avadanlıqlara sahib olub olmadıqlarını araşdırın.

Abunəliklərin dayandırılması və yenisinin yaradılması

Təzə evə köçəcəyiniz vaxtı dəqiqləşdirib abunəlikləri dayandırasanız məsləhətdir.Belə olduğu halda əlavə xərclərdən qurtulmuş olarsınız.Abunəlikləri dayanmış komunal və digər xidmətlərin ödənişlərin özünüzdə saxlamağınz məsləhət olunur.Eləcə də təzə evə köçəcəyniz günü təyin etdikdən sonra işıq, qaz, su, internet kimi vacib abunəlikləri əvvəlcədən planlasanız köçdüyünüz zaman rahat olar. Xərcləri azaltmaq üçün asan və effektiv qənaət üsulları məqaləsində daha ətraflı tanış ola bilərsiz.

teze ev

Təzə evin kilidini dəyişin.

Təzə evinizin kilidini dəyişdirmək sizləri daha təhlükəsiz və güvənli hiss etdirəcək. Hər bir ailə üzvnə yeni açar çıxardın və hər ehtimala qarşı bir dənə də əlavə çıxardın.Kimdəsə açar itsə əlavə bir dənə də olacaq.

teze ev


Əsas əşyaları əvvəl yerləşdirin

Köçən zamanı əşyalarınıza zərər verməmək üçün diqqətli olun. Əşyalarınızı köçürməzdən əvvəl və sonra yoxlayın.Əsas əşyalarınızı ilk gün üçün əvvəlcədən hazırlayın. Əsas əşyalara yataq dəsti, təmizlik ləvazimatları və tualet kağızı kimi gündəlik ehtiyaclarınızı ödəyən əşyalar daxil edilməlidir.

Uşaqlar və evcil heyvanların təhlükəsizliyi

Balaca uşaqlar və ya ev heyvanları ilə təzə evə köçən zaman , onların təzə evdə təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmalısınız. Çıxışlar, iti kənarlar, açıq qapılar və pəncərələr kimi standart əşyalarla yanaşı, hərəkəti asan olan qutu və digər bunun kimi əşyaların yerinə diqqət edin.
Qayçı və kəsici əşyaların əlçatmaz olduğundan əmin olun, tərkibində təhlükəli materiallar olan qutuları (təmizləmə ləvazimatları, şüşə və s.) ayrı yerdə saxlayın və qablaşdırma materiallarının oyuncaqlarla qarışmadığından əmin olun.

teze eve

Fövqəladə hallar üçün araşdırma edin

Təcili və gözlənilməz hallara hazırlıqlı olmaq üçün və bunları araşdıraraq təhlükələrdən xilas olmaq üçün vacib araşdırmalardandır.Təzə evə köçdüyünüz zaman sizə ən yaxın xəstəxana, polis və digər vacib binaların yerləşdiyi yeri və əlaqə nömrələrini araşdırın

teze eve
Shares:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir