Ev həmişə bizim üçün rahat etdiyimiz, özümüzü ən az təhlükədə hiss etdiyimiz yerdir. Buna baxmayaraq nə qədər də təhlükəsiz kimi görünsə də həyatımıza uşaqların gəlməsi bunu dəyişə bilər. Bizim üçün çox rahat olan ev uşaqlar üçün təhlükəli ola bilər. Ona görə də evdə uşaqların təhlükəsizliyinin qorunması üçün evlərin uşaq yönümlü olmasını vacibdir.
Döşəmə və xırda əşyalar
Evimizi övladımızın gözü ilə qiymətləndirmək təhlükəsizlik tədbirlərinin görülməsi üçün ilk addımdır. Bu prosesdə bilməli olduğumuz bir çox təhlükələr var. Məsələn, bir çox əşyalar və kiçik əşyalar yerə səpələnmiş ola bilər (divanın altında, stolun altında və s.). Bunlar uşağın diqqətini çəkir və potensial təhlükə yarada bilər. Bütün kiçik əşyaları hündürdə və əlçatmaz yerdə saxlamaq vacibdir, çünki ağıza sığa bilən hər şey udulma riski altındadır. Bu xüsusilə qəpik və batareyalar ola bilir. Təmizliyə və ev gigiyenasına diqqət yetirmək də vacibdir. Təmiz evdə yaşamaq xoş atmosfer yaradır, və uşağın sağlamlığına müsbət təsir göstərir.
Bağlı bitkilər də nəzərə alınmalıdır. Bəzi bitkilərdə zəhərli mayelər ola bilər və ya sadəcə həzm sisteminə zərər verə bilər. “Evinizdə belə bitkilər varsa, onları uşağın əli çatmayan yerdə yerləşdirmək vacibdir”.
Elektrik Təhlükəsizliyi
Elektrik cihazları düzgün istifadə zamanı bizə kömək edən dost qurğulardır. Uşağınız bu qurğulala düzgün rəhtaf etməyə bilər. Hal-hazırda, bütün növ rozetkalar üçün uyğun olan xüsusi və praktiki rozetka qapaqları var. Təhlüksizlik baxımından elə rozetkaların bir neçə növü var ki uşaqlar bunları istifadə etməyi mümkünsüzdür.
Həmçinin evdə olan naqilləri, kabelləri gizlətməyinizi tövsiyə edirik bunlar evdə uşaqların təhlükəsizliyinin qorunması baxımından vacib amillərdəndir. Kompüter, noutbukunuzu və telefonu uşaqların əli çatacağı yedə saxlamayın. Telefon və kompüterlərin enerji quğuları və s. uşağın əli çatmayan yerdə olmalıdır.
Məişət texnikasını da unutmayın: Fen, toster, ütü və s. kabellərin masadan asılmadığından əmin olun. Əks halda, uşağınız onları çəkib aşırda bilər.
Təhlükəli mebellər
Qapılar, stullar və digər əşyalar uşaq üçün təhlükəli ola bilən əşyalardır. Çox vaxt uşaqlar diqqətli ola bilmirlər. Ətraflarına fikir vermədən daima hərəkətdə olan uşaqlar belə əşyalardan zərər görə bilir. Belə olduqda mebelə dəymə və özlərinə zərər vermə riski çox olur.
Masaların, yataq masalarının və digər sərt kənarlı mebellərin künclərinə xüsusi yumşaq əlavələr qoyun. istilik verən əşya varsa, ətrafına qoruyucu maneələr qoyulmalıdır.Qapılar üçün qıfılların alınması da faydalı ola bilər. Bu, körpənin qapını çırpmasına və barmaqlarını sıxmasına imkan verməyəcək.
Hamam və mətbəx
Hamam və mətbəxt digər otaqlardan olduqca çox təhlükəli sayıla bilir. Mətbəxtdə iti əşya bıcaq, çəngəl və buna bənzər çoxlu metal əşyalar olur. Həmçinin mətbəxdə uşaqları zəhərləyə biləcək mayelər sirkə, qabyuyanların yuyucuları və sairə kimi təhlükəli maddələr olur.Bu kimi əşyaları xususi rəflərdə uşaqların əlinin çatmayacağı yerlərdə saxlayın.
Hamamda bu cür yuyucu tozlar, uşaq üçün zəhərli sayıla biləcək təmizlik maddələri olur.Bunları uşağın əli çatmayan yerlərdən yerləşdirin.Çalışın yerdən olmasın bu əşyalar.
Hamam və mətbədən savayı qarajlar da buna aiddir.Qarajlarda zəhərli sayılacaq mayelər, maşın yağları ağırlıq alərləri, metal maşın ehtiyyat hissələri ola bilər.Bunları da xüsusi əlçatmaz yerdə saxlayın. Belə olduqda evdə uşaqların təhlükəsizliyinin qorunması daha rahat olur.
Evi necə daha böyük göstərmək olar?
Pəncərələr və Pilləkənlər
Uşaqlar adətən gəzən və iməkləyən zaman gördükləri əşyaları tutub özlərinə tərəf çəkməyə çalışırlar. Bu hallardan qorunmaq üçün televizor və kitab rəflərinin yerə yaxşı bərkidildiyindən əmin olmalısınız. Divan və kresloya dırmaşmağa başlayan uşaqlar pəncərəyə də dırmaşa bilirlər. Pəncərələri möhkəm bağlayın və kilidlərdən istifadə edin.
Həyət evlərində evin içində olan pilləkənlər də xüsusi təhlükə mənbəyidir. Uşaqların yuxarıdan yıxılma riski çoxdur. Pilləkəndən yıxılmamaları üçün pilləkənlərin giriş çıxışların möhkəm çitlərlə bağlayın. Belə olduqda evdə uşaqların təhlükəsizliyinin qorunması yönündə müsbət addım atmış olarsınız.
Həll
Evdə uşaqların təhlükəsizliyinin qorunması üçün sizə bəzi əşyalar lazım olacaq. Aşağıdakı siyahıdan sizə lazım olacaq əşyalarla tanış ola bilərsiniz
- mebelin künclərində və kənarlarında yumuşaq hissəciklər əlavə etmək
- uşaqlardan qorunan rozetkalar
- qıfıllar və pəncərə tutacaqları
- daxili qapı kilidləri
- mebelin divarlara bərkidilməsi üçün cihazlar (məsələn, xüsusi kəmərlər)
- təhlükəsiz qapılar üçün divarlara bərkidilmiş maneələr
Ancaq unutmayın ki, hər şeyi qabaqcadan görmək mümkün deyil. Uşaqlar səhv etmədən inkişaf edə bilməz. Sizin vəzifəniz uşağı ciddi xəsarətlərdən qorumaqdır. Evdə uşaqların təhlükəsizliyinin qorunması üçün bu məlumatlar sizə rəhbər olacaq