Daşınmaz əmlaka nələr daxildir?

Daşınmaz əmlak sahiblərinin hüquqlarını qorumağa dair vacib bir addım.Qanunvericiliklə təyin olunan əsaslar doğrultusunda, əmlak sahibləri əmlaklarını dövlət qeydiyyatına ala bilərlər.Bəs Daşınmaz əmlak nədir və daşınmaz əmlaka nələr daxildir?
Daşınmaz əmlak dedikdə torpaqla möhkəm bağlı olub təyinatına hədsiz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar olaraq qəbul etmək olar.Aşağıda sadalananlar da buna daxildir:

  • Torpaq sahələri
  • Fərdi yaşayış və bağ evləri
  •  Binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri
  • Yer təki sahələri, su obyektləri
  • Meşələr və çoxillik əkmələr
  • Əmlak kompleksi kimi müəssisələr

Daşınmaz əmlakın qeydiyyata alınması

Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir. Qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququ Dövlət Reyestirində qeydiyyata alınmalıdır. Mövcud qanunlar birmənalı olaraq müəyyən edir ki Daşınmaz əmlak fondunda qeydiyyata alınmamış daşınmaz əmlakın üzərində müqavilə və əməliyyatlar aparılması qadağandır. Bu formada aparılan əməliyyat və müqavilələr etibarsızdır.Buna görə də ilk olaraq əmlakın qeydiyyata alınması dəqiqləşdirilməlidir.

Qeydiyyat üçün kimlər müraciət edə bilər?

Qeydiyyat hüquq əldə edənin ərizəsi əsasında aparılır.Qeydiyyat üçün nümunəvi ərizə forması mövcuddur.Ərizəçi bir başa özü yaxud nümayəndə vasitəsilə müraciət edə bilər.Ərizəçinin adından başqa şəxs müraciət edirsə etibarnamə natariatda təsdiq edilməlidir.Yuxarıda qeyd olunan ərizəçinin ərizəsində onun :

  • Adı, Soyadı, Ata Adı
  • Ünvanı
  • Şəxsiyyət vəsiqəsi məlumatları
  • Xahişin məzmunu
  • Əlavə olunan sənədlər göstərilir

Qeydiyyat hansı qurum tərəfindən və hansı formada edilməlidir

Fərdi yaşayış və torpaqların ilkin qeydiyyatı eləcə də qeyri yaşayış sahələrinin ilkin və təkrar dövlət qeydiyyatı daşınmaz əmlakın dövlər reyest xidmətinin ərazi idarələrində və mənzillərin ilkin və təkrar qeydiyyatı fərdi yaşayış və torpaqların təkrar qeydiyyatı Asan xidmət mərkəzlərində həyata keçirilir.
Müraciət yazılı şəkildə kağız üzərində edilir və qeydiyyat orqanında yerində xidmət göstərir.

Qeydiyyat üçün lazım olan sənədlər

Daşınmaz əmlakın qeydiyyatı üçün lazım olan sənədlər daşınmaz əmlakın mahiyyətindənsənədin növündən aslı olaraq dəyişir.Həmin sənədlər bunlardır:

  • İcra hakimiyyəti və bələdiyyə orqanlarının aktları
  • Notariat  sənədləri və mənzil sertifikatı və digər sənədlər
  • Məhkəmə qərarları
  • Köhnə qanunvericiliyə əsasən verilən sənədlər

Shares:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir