Evi böyütmək adətən xərc tələb edən və vaxt alan bir işdir. Əgər ev çox boğucu və rahat deyilsə pul xərcləmədən də bəzi üsullarla istədiyiniz geniş ev görüntü əldə edə bilərsiz.
9 qaydada evi necə geniş və rahat görüntüyə qovuşdurmaq olar.
Yerdən tavana kimi olan rəflər
Yerdən olan rəflər yeri daha səliqəli göstərərək divardan yaxşı istifadə eləməyə imkan yaradır.Yataq otağı, qonaq otağı və mətbəxdə daha yaxşı işləyən bu dizayn otağa daxil olan insanın gözlərini yuxarı çəkir.Bu otağın daha geniş görünməyinə səbəb olur.
Açıq rəngli boyalar
Tünd rənglər işığı əks etdirə bilmədiyindən otaq daha qaranlıq və divarların dar olduğu görüntüsü verir.Bunun əvəzinə otağı geniş göstərmək üçün açıq rənglərdən , boz rəngin fərqli çalarlarından, krem və sarı rənglərə yaxın rənglərdən istifadə edə bilərsiniz.
Güzgülər
İşığı əks etdirən hər şey genişliyin yaranmasnda açar rolu oynayır.Bunlardan da biri güzgüdür.Pəncərənin qarşısında döşəmədən qoyulan güzgü buna misaldır.Yada Masanın üstüna qoyulan güzgü. Ancaq səliqəsiz və evin künlərini əks etdirən güzgü buna misal deyil.
Səliqəsizlikdən qaçın
Evi balaca göstərən digər amillərdən biri də çox səliqəsiz olmasıdır. Minimalist ev hər zaman daha geniş görünməyə yaxındır. Otaqları Bacardığınız qədərsadə və səliqəli saxlayın. Nə qədər otaqlarda az əşya olsa bir o qədər geniş görüntü əldə etmiş olarsınız.
Ağıllı mebellər
Açılıb bağlanan çoxfunksiyalı mebellər, açılıb bağlanan yataqla, masalar sizə evdə geniş yer verir. Hamam və yataq otağında gizli mebellər istifadə edə bilərsiniz.Tavanda gizli yaradılan mebellərdə çox nadir istifadə etdiyiniz əşyalarınızı yığa bilərsiniz.
Pəncərələr
Açıq pəncərələr və şəffaf pərdələr otağın yaxşı işıqlanmasına şərait yaradır. Pərdələr tək pəncərəni deyil həm də otağın da geniş görünməsinə imkan yaradır. Otağın geniş görünməsi pərdə seçimlərində də öz əksini tapır. Pərdə seçən zaman otağın rənginə uyğun pərdələrin seçilməsi otağın geniş görünməsində yaxşı kömək ola bilər.
Pədələrin seçimində rəng qədər pərdənin dizaynı da evin geniş görünməsinə kömək edir. Pərdə həm qarışıq olmamalıdır həm də açıq tonlu rənglərdən olsa o qədər yaxşıdır. Dizayn olaraq pərdənin sadə elementlərindən olanın seçsəniz daha yaxşı olar. Nə qədər sadə və elementsiz olan pərdə olsa bir o qədər yaxşı seçim olar. Elementlərin düz olması pərdəni hündür göstərir və bu da otağın geniş görünməsinə kömək edər.
Ölçülü mebel
Balaca evlərin heç vaxt böyük mebel istifade etməyəcəyi kimi bir qayda yoxdur. Bir neçə dənə balaca , nizamsız mebel , əşyadan istifadə edəcəyinizə onun əvəzində bir dənə böyük ancaq səliqəli mebeldən istifadə edə bilərsiniz.Otaqlarda mebel istifadəsi zamanı girişlərdə və pəncərə önündə olmamasına diqqət edin. Düzgün ölçü və düzgün yerləşdirilmiş mebellər otağda geniş əldə etməyə kömək edəcək.
İşıq
Balaca evlərdə genişlənmədən söhbət gedəndə işıqlandırmanı mütləq qeyd etmək lazımdır. Tavanda alçıpan işıqlarının olması balaca evlərdə istənilən yerdə işığın olmasına kömək edir. Əgər tavan hündürdürsə asılma( çılçıraq) işıqlardan istifadə edə bilərsiniz.Unutmayın ki tavan da evin beşinci divarıdır.
Divarda şəkildən istifadə
Bir neçə kiçik şəkil əvəzinə bir böyük şəkil divarları olduğundan daha böyük göstərir. Divarda rəsmi orta göz hündürlüyündə asmağa çalışın ki, işin üstündə çox yer olsun və otağı daha hündür göstərsin.
Təzə evə köçən zaman bilməliolduğumuz məlumatlar haqqında daha ətraflı linkə keçid edib oxuya bilərsiniz
Link keçid.